261
Bu gün 12 dekabr — 17:50

Bakıda məcburi eniş etmiş “Boeing-777”nin sərnişinləri Londona yola salındı

Ötən gün Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında məcburi eniş etmiş “British Airways” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri Londona yola salınıblar.

Bu barədə Trend-ə hava limanından məlumat verilib.

Aviaşirkət sərnişinləri digər təyyarə ilə göndərmək qərarına gəlib: “Təyyarə Bakıya gəldi və sərnişinləri Londona apardı. Hazırda təyyarə uçuşu həyata keçirir. Təcili eniş etmiş “Boeing-777”yə gəlincə, bu təyyarə Bakıdan heyət hazır olduqdan sonra uçacaq”.

Ötən gün Bakıda Mumbay-London reysini yerinə yetirən "British Airways" aviaşirkətinə məxsus “Boeing-777” təyyarəsi məcburi eniş edib. Eniş kabinənin tüstülənməsi səbəbindən edilib.

“Boeing-777” təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 heyət üzvü olub.

Xəbərlər