342
Üzbəüz 25 Noyabr 2021, 11:37

İsveçin tarixdə ilk qadın baş naziri: bu vəzifədə cəmi 7 saat otura bildi

İsveçdə ilk dəfə qadın baş nazir olan Magdalena Andersson bu vəzifədə cəmi 7 saat qala bilib. virtualaz.org xəbər verir ki,  ötən gün koalision hökumətin rəhbəri olaraq vəzifələrinin icrasına başlayan Andersson koalision ortağı olan Yaşıllar partiyasının hökumətdən çəkilməsi səbəbindən istefa verməli olub.

Andersson yaydığı bəyanatda bildirib ki, parlamentdə sağçı partiyaların təqdim etdiyi büdcə layihəsi qəbul olunduğu üçün Yaşıllar partiyası koalision hökuməti tərk edib, nəticədə o vəzifəsindən istefa verir.

“Parlament rəhbərinə baş nazir vəzifəsindən istefa etmək istədiyimi çatdırdım. Bu, koalision ortağı olan partiyalardan birinin hökumətdən çəkilməsi halında hökumətin bütövlükdə istefa verməli olduğu haqda konstitusiyada nəzərdə tutulmuş normadır. Legitimliyi şübhə altına düşən hökumətə rəhbərlik etmək istəmirəm”, - o bildirib.

Andersson lideri olduğu Sosial-Demokratlar Partiyasının təkbaşına hökuməti formalaşdıra biləcəyi halda yenidən baş nazir olmağa çalışacağını da deyib. İsveçdə qadınlara səsvermə hüququnun verilməsindən 100 il sonra ilk dəfə qadın baş nazir olan 54 yaşlı Anderssonun bu vəzifəyə seçilməsi parlament üzvləri tərəfindən ayaqüstə alqışlanmışdı.

virtualaz.org

 

 

Xəbərlər