226
Üzbəüz 22 Noyabr 2021, 14:23

Azərbaycan və İran prezidentləri görüşə bilər

“Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində görüşə bilər”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib. 

O, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana səfərinin mühüm olduğunu və konstruktiv keçdiyini də vurğulayıb.

Xəbərlər