242
Üzbəüz 13 Oktyabr 2021, 13:10

Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş kəçiriləcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşmək barədə razılığa gəliblər. Ermənistan KİV-lərinin yaydığı məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Erməni nazirinin sözlərinə görə, Minsk Qrupu həmsədrlərinin regiona səfəri planlaşdırılır, lakin dəqiq tarix hələ məlum deyil. Eyni zamanda, Mirzoyan vurğulayıb ki, Ermənistan Minsk Qrupu çərçivəsində sülh prosesinin bərpasını alqışlayır.

Xəbərlər