769
Üzbəüz 2 Avqust 2021, 16:21

Köməyə tələsən Azərbaycan yanğınsöndürənləri Türkiyəyə daxil olarkən

Xəbər verildiyi kimi ötən gün axşam Fövqəladə Hallar Nazirliyi Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün yanğınsöndürənlərin daha bir qrupunu, o cümlədən 53 yanğınsöndürən texnika yola salıb. 220 personaldan ibarət karvan gecə saatlarında Gürcüstan üzərindən Türkiyəyə keçib. Türkiyə KİV-ləri Azərbaycan yanğınsöndürənlərinin Gürcüstan-Türkiyə sərhədindəki Sarp sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olmasını və onların qarşılanma mərasimini əks etdirən görüntüləri yayıb. Sərhəd-keçid məntəqəsi qarşısında toplaşan çoxsaylı türk vətəndaşları əllərində Azərbaycan bayraqları ilə yanğınsöndürənləri salamlayıblar.

Sarp sərhəd-keçid məntəqəsindən Artvin bölgə fövqəladə hallar müdirliyinə hərəkət edən karvan orada yemək yedikdən və texnikaya yanacaq doldurandan sonra ləngimədən yanğın bölgəsinə hərəkət edib.

Növbəti görüntülərdə isə Azərbaycan yanğınsöndürənlərinin Giresun bölgəsindən keçməsi əks olunur. Şose yolu ilə hərəkət edən yanğınsöndürənləri yerli sakinlər və digər nəqliyyat iştirakçıları salamlayıblar.

virtualaz.org

Xəbərlər