594
Üzbəüz 30 İyul 2021, 23:05

Tbilisi otellərindən birində azərbaycanlı bloqerin meyiti tapılıb

Azərbaycan vətəndaşı Gürcüstanda mehmanxanada ölü tapılıb. Bu haqda Gürcüstan KİV-ləri xəbərlər yayır.  “Imedi” telekanalı bildirir ki, bloqer Hüseyn Bakıxanov Tbilisi şəhərində hotellərdən birində ölü halda aşkarlanıb. Gürcüstanın Daxili İşlər Nazirliyi faktı özünəqəsd həddinə çatdırma kimi araşdırır. Hotelin hüquqşünası Kahi Çeretelinin sözlərinə görə, məsələ ilə bağlı bütün şahidlər dindirilib. Həmçinin, hotel videomaterialları araşdırma üçün təqdim edib.

Sosial şəbəkələrin Azərbaycan seqmentində dostlarının H. Bakıxanovdan bir neçə gün xəbər ala bilmədikləri, bundan sonra onun Tbilisidəki evində ölü tapıldığı bildirilirdi. H.Bakıxanovun bir neçə gün əvvəl Tbilisidə bir qrup azərbaycanlı tərəfindən döyüldüyü də məlumdur. Bu döyülmə hadisəsinin motivi məlum deyil. Bloqer döyülmədən sonra xəstəxanaya müraciət edib, amma onda ciddi xəsarətlər aşkarlanmadığı üçün evə buraxılıb.

virtualaz.org

Xəbərlər