231
Üzbəüz 19 İyun 2021, 10:28

Türkiyədə FETÖ ilə bağlı daha bir əməliyyat

Türkiyə Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində növbəti genişmiqyaslı əməliyyat keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, mərkəzi İstanbul olmaqla ölkənin 17 vilayətində paralel keçirilən əməliyyat nəticəsində barəsində həbs qətimkan tədbiri seçilmiş 52 hərbçidən böyük əksəriyyəti saxlanılıb. Onların altısı hazırda TSK daxilində fəaliyyətdə olan hərbçilərdir.

Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Xəbərlər