163
Üzbəüz 18 İyun 2021, 22:07

Ceyhun Bayramov Qvineya-Bisaunun XİN başçısı ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qvineya-Bisau Respublikasının xarici işlər və icmalar naziri xanım Syuzi Karla Barbosa ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Azərbaycan və Qvineya-Bisau arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan münasibətlərin səviyyəsindən məmnunluq ifadə edilib və əlaqələrin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı həmçinin tərəflər bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Xəbərlər