254
Üzbəüz 18 İyun 2021, 21:21

İsveçrə prezidenti Bayden və Putinə saat hədiyyə etdi

İsveçrə prezidenti Qi Parmelan ABŞ-Rusiya sammiti zamanı ABŞ prezidenti Cozef Bayden və Rusiya prezidenti Vladimir Putinə yerli istehsal olan “Tissot”un “T-Touch Connect Solar” modelli qol saatı hədiyyə edib. Bu məlumatı “RİA Novosti” yayıb. Saatın pərakəndə satış qiyməti 995 İsveçrə frankıdır (təxminən 1 100 dollar). Bu model saatdan Rusiyada 2022-ci ildə satışa çıxarılacaq.

Qeyd edək ki, Cozef Baydenlə Vladimir Putin arasında görüş iyunun 16-da Cenevrədə baş tutub.

Xəbərlər