219
Üzbəüz 14 İyun 2021, 18:27

İsraildə keçmiş baş nazir işlərini xələfinə təhvil verdi

İsrailin yeni baş naziri Naftali Bennetlə keçmiş baş nazir Binyamin Netanyahu arasında görüş olub. Görüş hökumətin dəftərxanasında keçirilib. Bildirilib ki, görüş zamanı Binyamin Netanyahu hökumət işlərini xələfinə təhvil verib.

Qeyd edək ki, iyunun 13-də İsrail prezidenti Reuven Rivlin Naftali Bennetin başçılıq etdiyi yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. 12 il hökumətə başçılıq etmiş Binyamin Netanyahu isə müxalifətdə olacaq.

Xəbərlər