818
Üzbəüz 14 İyun 2021, 15:15

Seçki əhvalatları: Paşinyan sərxoş halda merin ata-anasına söyüb?

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Eçmiədzində onun seçki mitinqinə olduqca az adamın gəlməsindən qəzəblənərək şəhərin meri Diana Qasparyana zəng vurub və onun ata-anasını söyüb. Virtualaz.org xəbər verir ki, belə məlumat “Mediaport” telegram-kanalında yayılıb.

Həmin insidentin sübutu kimi Eçmiədzin meri Diana Qasparyanla ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan arasında  internetə sızmış səsli mesaj mübadiləsi göstərilir. Səs yazısından məlum olur ki, Papikyan Qasparyanı sakitləşdirməyə çalışır: “Dian can, xahiş edirəm sakitləş, gözlə, heç nə yazma (ehtimal ki, söhbət istefa haqda ərizədən gedir)”.

Buna cavab olaraq Qasparyan məyus halda bildirir ki, müharibədəki məğlubiyyətdən sonra “Paşinyanı yüz dəfə çox dəstəkləyib”, amma indi “dincəlmək istəyir”.

“Mən başa düşürəm ki, o, dövlət naminə getməlidir. Qoy komandasndan başqa adamı seçsin ki, vəziyyət bir az yumşalsın. Qoy səni seçsin, sənin reytinqin ən yüksəkdir. Artıq belə mümkün deyil. Onun başı xarab olub, psixikası davam gətirmir, qoy gedib dincəlsin”,-Diana Qasparyan deyir.

Papikyan cavab verir ki, Paşinyanın vəziyyəti səhərlər sabitləşir: “Biz hamımız gözləyirik ki, onunla səhərlər danışaq. Hələlik isə, mənim xahişimə əməl elə və heç nə yazma”.

Bildirilir ki, Paşinyanın komandasının üzvləri arasında bu söhbət iyunun 7-də gecə, Paşinyanın Eçmiədzindəki mitinqindən sonra olub. Həmin axşam Paşinyan sərxoş halda Qasparyana zəng vurub və mitinqə az adam gəldiyi üçün onun valideyinlərini senzuradan kənar ifadələrlə söyüb. Və hədələyib ki, seçkilərdən sonra “onun ətrafında qayda yaradacaq və Eçmiədzindən başlayacaq”. Qasparyan isə bu təhqirlərdən sonra istefa verməyi qərara alıb və Papikyanla əlaqə saxlayıb.

 

Virtualaz.org

Xəbərlər