1098
Üzbəüz 11 iyun — 19:40

Ermənistan silahlı qüvvələri bütün günü Azərbaycanı atəşə tutub

İyunun 11-də saat 17.00-dan 17.30-dək Vardenis rayonu ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

***17:13

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub. Virtualaz.org bildirir ki, Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir. Məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələri Kəlbəcərdəki Azərbaycan mövqelərini ötən gün də atəşə tutmuşdu. Müdafiə Nazirliyinin məlumatına görə, dünənki insident nəticəsində də Azərbaycan tərəfindən xəsarət alan olmamışdı.

Xəbərlər