465
Üzbəüz 10 İyun 2021, 21:17

İranda prezidentliyə namizəd Azərbaycan dilində səs istədi

Xəbər verdiyimiz kimi, İranda prezident seçkiləri çərçivəsində təbliğat-təşviqat kampaniyası başlayıb.

Virtualaz.org bildirir ki, kampaniya çərçivəsində Mərkəzi Bankın keçmiş sədri, prezidentliyə namizəd, azərbaycanlı Əbdünnasir Himməti İranın rəsmi televiziyasına müsahibə verib.

Müsahibə zamanı diqqət çəkən məqam Himmətinin seçicilərə Azərbaycan dilində müraciət etməsi və dəstək istəməsi olub.

Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 18-də keçiriləcək.

Xəbərlər