271
Üzbəüz 10 iyun — 13:26

Yerevanda Paşinyan əleyhinə növbəti aksiya

Ermənistan polisinin xüsusi təyinatlı qüvvələri sabiq prezident Robert Köçəryanın seçki blokuna daxil olan “Daşnaksütyun” partiyasının gənclər təşkilatının 10-a yaxın nümayəndəsini saxlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, həbslər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın əleyhinə aksiya keçirilərkən aparılıb.

"Dağlıq Qarabağdakı hərbi əməliyyatlar zamanı Nikol Paşinyanın bütün xəyanətlərini təqdim etmək istəyirdik. Dinc şəkildə etiraz etdik, amma polis yoldaşlarımızı həbs etməyə başladı. Bu uşaqlar müharibə zamanı "vətən" uğrunda vuruşdular", - blokun nümayəndəsi, deputatlığa namizəd Kristina Vardanyan bildirib.

Xatırladaq ki, bu gün aksiya iştirakçıları yolu bağlayıblar.

Xəbərlər