318
Üzbəüz 11 may — 23:24

HƏMAS Tel-Əviv istiqamətində 130 raket atdı

Qəzza zolağına nəzarət edən radikal HƏMAS hərəkatının silahlı birləşmələri olan "İzzəddin Əl-Qəssam briqadaları" Tel-Əviv və ətrafına doğru 130 mərmi atıldığı barədə xəbər yayıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu  ardıcıl raket hücumları ilə əlaqədar Tel-Əvivdə həyəcan siqnalı verilib.

"Reuters" agentliyinin məlumatına görə, zərbələr nəticəsində İsrailin bir neçə sakini xəsarət alıb.

İsrail Müdafiə Qüvvələri isə “Həmas” radikal qruplaşmasının Qəzza zolağındakı 150 mövqeyinə eyni anda 80 qırıcı təyyarədən zərbə endirib.

Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Yonatan Konrikus brifinqdə deyib.

Konrikus əlavə edib ki, İsrail tərəfi uzun müddətdən bəri ilk dəfədir ki, “Həmas” və “İslam Cihad” qruplaşmasının raket atəşi açdığı 150 nöqtələrini əhatəli şəkildə 80 təyyarə ilə zərbələr endirir.

O, həmçinin çıxışı zamanı F-35 qırıcısından da istifadə edildiyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin Qəzza sektorunda hərbi qüvvələrinin sayını və zərbələrin tezliyini artırmaq niyyətində olduğunu bildirmişdi.

Onu da xatırladaq ki, Qəzza sektorunda eskalasiya bazar ertəsi axşam saatlarında başlayıb. Bu, son illər ərzində ən böyük hərbi qarşıdurmalardandır. Çərşənbə axşamı səhər İsrail Qəzza sektorundan ölkə ərazisinə 200-dən çox raketin buraxıldığını bildirib. Buna cavab olaraq İsrail hərbçiləri Fələstinin 130 hərbi hədəfinə zərbələr endiriblər. Nəticədə HƏMAS-ın 15 silahlısı həlak olub.

İsrail hökuməti müxtəlif bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 5 min hərbçini orduya çağırıb.

Xəbərlər