469
Üzbəüz 4 may — 15:42

Siyavuş Novruzov parlamentdə cinlərdən danışdı

"Bu yaxınlarda erməni telekanallarının birinə bir keşiş çıxarıblar, o bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən döyüşlərdə cinlər iştirak ediblər".

Virtualaz.org bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputatın sözlərinə görə, keşiş tamaşaçıları, ermənilərin cinlərdən qorxaraq fərarilik etdiklərinə inandırmağa çalışıb: “Görün, biz kimlərlə savaşmışıq. 10 minlərlə fərarisi olan ölkə bunu cinlərlə əlaqələndirməyə çalışır. Bu qələbəni Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu, Azərbaycan əsgəri qazanıb. Bu müharibədə Azərbaycan bütün müharibə qanunlarına uyğun hərəkət edib”.

Xəbərlər