267
Üzbəüz 3 may — 20:23

Ermənistan Baş Qərargahının keçmiş rəisi dövlət sirrini açıqlamaqda günahlandırıldı

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi general-polkovnik Movses Akopyan  Milli Təhlükəsizlik Xidmətində (MTX) dindirilib və bundan sonra ona qarşı ittiham irəli sürülüb.

Virtualaz.org bildirir ki, bu barədə yerli KİV-ə M.Akopyan özü məlumat verib.

MTX onun barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi (dövlət sirri təşkil edən məlumatı elan etmə) ilə cinayət işi başladıb.

Ondan yaşayış yerini tərk etməmək barədə iltizam alınıb.

Xatırladaq ki, M. Akopyan ötən ilin noyabr ayında keçirdiyi geniş mətbuat konfransında bir sıra səs-küylü açıqlamalar vermişdi.

Xəbərlər