204
Üzbəüz 19 aprel — 21:11

Putin Baydenin iqlimlə bağlı sammitdə iştirak təklifini qəbul etdi

Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də iqlimlə bağlı saamitdə iştirak edəcək.

Virtualaz.org bildirir ki, bu barədə Kremlin Mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, Vladimir Putin qlobal iqlim dəyişikliyinin mənfi nəticələrinin qarşısını almağa istiqamətlənmiş geniş beynəlxalq əməkdaşlığın qurulması kontekstində Rusiyanın yanaşmasını ortaya qoyacaq.

Qeyd edək ki, Ağ Ev bir müddət öncə ABŞ Prezidenti Co Baydenin aprelin 22-23-də dünya liderlərinin iştirakı ilə planlaşdırılan onlayn formatda qlobal iqlim dəyişikliyi sammitinə rusiyalı həmkarını da dəvət etdiyini açıqlamışdı.

Onu da qeyd edək ki, Putindən başqa sammitdə Çin, Böyük Britaniya, Almaniya, Avstraliya, Fransa, Türkiyə, Hindistan, İtaliya, İspaniya, Meksika, Səudiyyə Ərəbistanı, BƏƏ və digər ölkələrin birinci  şəxsləri də iştirak edəcəklər.

Xəbərlər