198
Üzbəüz 8 aprel — 18:52

Rusiya qətldə təqsirləndirilən azərbaycanlını beynəlxalq axtarışa verdi

Rusiya hüquq-mühafizə orqanları 40 yaşlı azərbaycanlını beynəlxalq axtarışa veriblər. APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, 1981-ci il təvəllüdlü Rahim Xəlilov muzdla qətl törətməkdə (zorakılıq, soyğunçuluq və ya banditizmlə müşayiət olunan) təqsirli bilinir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün İnterpola müraciət olunub.

Xəbərlər