406
Üzbəüz 8 aprel — 15:59

Paşinyan Yerevanda Araik Arutyunyanla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda Qarabağ separatçılarına rəhbərlik edən Araik Arutyunyanla görüşüb

Virtualaz.org “Sputnik Ermənistan”a istinadən bildirir ki, görüşdə Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələri barədə danışıb və Qarabağdakı mövcud vəziyyəti müzakirə edib.

O, Qarabağ məsələsinin Rusiya Prezidenti ilə danışıqların gündəliyində əsas yer tutduğunu bildirib.

Paşinyan Rusiya sülhməramlılarının bu gün təhlükəsizlik və sabitliyin təmin olunmasında əsas rol oynadıqlarını söyləyib. Rus kontingentinin fəaliyyətinin bundan sonra da eyni dərəcədə təsirli olacağına ümid etdiyini vurğulayıb.

Xəbərlər