242
Üzbəüz 8 Aprel 2021, 00:18

PKK/YPG terrorçuları Suriyanın şimalında Türkiyə hərbçilərinə hücum etdi

PKK/YPG terrorçuları Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı "Zeytun budağı" əməliyyatının əks-terror əməliyyatı zonasında Türk hərbçilərinə hücum ediblər. İnsident nəticəsində iki hərbçi həlak olub, azı üç terrorçu zərərsizləşdirilib.

Virtualaz.org bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.

Nazirliyin məlumatına görə, terrorçular tank əleyhinə silah tətbiq etməklə hərbi bazalardan birini atəşə tutublar.

Nazirlikdən əlavə ediblər ki, Türkiyə hərbçiləri regionda terrorçuların mövqelərinə zərbələr endirməkdə davam edirlər.

Virtualaz.org

Xəbərlər