239
Üzbəüz 7 aprel — 23:24

Süleymaninin varisi Bağdadda olub

İslam İnqilabı Keşikçiləri Korpusunun (İran Silahlı Qüvvələrinin elit qüvvələri) xüsusi təyinatlı "əl-Qüds" Qüvvələrinin komandanı İsmayıl Kaani İraqa ikigünlük səfər edib.

Virtualaz.org bildirir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Məlumata görə, Kaaninin Bağdada ikigünlük səfəri bir gün əvvəl başa çatıb və o, Tehrana qayıdıb.

Qeyd olunur ki, Kaani Bağdadda yüksək vəzifəli məmurlarla, siyasi partiyaların rəhbərləri, təşkilatların liderləri ilə görüşüb və regional prosesləri müzakirə edib.

Virtualaz.org

Xəbərlər