291
Üzbəüz 4 mart — 09:56

Snayperlər Paşinyanı belə qoruyurlar

Xəbər verdiyimiz kimi, dünən Ermənistan parlamentinin binası qarşısında müxalifətin etiraz aksiyası keçirilib.

Erməni mediası bildirir ki, aksiya ərəfəsində ölkənin baş naziri Nikol Paşinyanı qorumaq məqsədi ilə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bununla əlaqədar polis parlamentin həyətində işıq-səs bombası, parlament binasında isə snayperlər yerləşdirib.

“Qafqazinfo” qeyd edir ki, snayperlər ərazidə çəkiliş aparan telekanallardan birinin kamerasına tuş gəlib.

Xəbərlər