368
Üzbəüz 25 fevral — 20:17

Paşinyan Putinə zəng etdi

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan telefonla respublikadakı vəziyyəti müzakirə ediblər. Virtualaz.org bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məluma verib.

Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

"Ermənistandakı vəziyyət müzakirə edilib... Putin Ermənistanda qayda-qanun və sakitliyi qoruyub saxlamağın, vəziyyəti qanun çərçivəsində sahmana salmağın vacibliyini qeyd edib, bütün tərəfləri təmkinli olmağa çağırıb" -, Peskov qeyd edib.

Virtualaz.org

Xəbərlər