123
Üzbəüz 23 fevral — 17:26

Ceyhun Bayramov Ankarada Türk Şurasının Baş katibi ilə görüşdü

Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri başlayıb.

Virtualaz.org bildirir ki, C.Bayramov Ankarada Türk Şurasının Baş katibi Bağdad Amreyevlə görüşüb.

Görüşdə təşkilatın hazırkı iş proqramına daxil olan, eləcə də beynəlxalq və regional gündəlikdəki prioritet məsələlər barədə fikir mübadiləsi aparılıb.

Tərəflər 2021-ci il martın sonunda keçirilməsi planlaşdırılan Türk Şurası Zirvə görüşünə hazırlıq işləri və bu ilin payızında İstanbulda keçirilməsi nəzərdə tutulan müntəzəm zirvə də daxil olmaqla yaxın gələcəkdə reallaşacaq mühüm tədbirləri müzakirə ediblər.

Türk Şurasına üzv ölkələr arasında gələcək əməkdaşlıq strategiyası barədə fikir mübadiləsi aparan tərəflər təşkilata üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsi, birgə səylərin və qarşılıqlı dəstəyin artırılması təşəbbüslərinin davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, bu gün Ankarada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü olacaq.

Xəbərlər