287
Üzbəüz 23 fevral — 16:56

Tbilisidə müxalifət mitinq keçirir

Tbilisidə müxalifətin mitinqi davam edir.

“Report” xəbər verir ki, aksiyaçılar parlamentin binası qarşısına doğru yürüş edəcəklər.

Təşkilatçılar bildiriblər ki, fevralın 26-da Tbilisidə sovet işğalının 100 illiyinə etiraz və azadlıq tələbi ilə yürüş keçiriləcək.

Gürcüstan paytaxtı ilə yanaşı Batumidə də Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın azadlığa buraxılması tələbi ilə aksiya keçirilir.

**15:47

Tbilisidə müxalifət partiyaları Gürcüstanın hökumət binasının qarşısında mitinq keçirirlər.

“Report” xəbər verir ki, aksiyada Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsinə etiraz bildirilir.

Əraziyə polis qüvvələri cəlb olunub, təhlükəsizlik tədbirləri gücləndirilib.

Mitinq iştirakçıları N.Meliyanın azad olunması və növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

Müxalifət aksiyada gələcək planlarını açıqlayacaq.

Xəbərlər