115
Üzbəüz 23 fevral — 11:20

Muğanbank Çinin bankları birləşdirən “Bir Kəmər bir Yol Layihəsinə” qoşulan ilk Azərbaycan bankı oldu

“Muğanbank” dünyanın bir nömrəli bankı olan ICBC bank - Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable Mechanism” (BRBR - “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası) mexanizminə tamhüquqlu üzv qəbul edilib. Bankın fəaliyyət profili və maliyyə göstəriciləri təhlil olunduqdan sonra Muğanbankın bu mexanizmə qoşulması barədə müsbər qərar verilib. 

Ümumilikdə, 2017-ci ildə Çin nəhəngi ICBC bankın təşəbbüsü ilə yaradılan bu mexanizm Çinin “Bir Kəmər-Bir Yol” layihəsini dəstəkləyir və hədəfi əsasən “İpək yolu” boyu olan ölkələrin banklarını bir qurumda birləşdirərək qarşılıqlı fayda (Win-Win) prinsipi əsasındna birgə layihələr həyata keçirməkdir. 

Fəaliyyəti ölkənin iqtisadi hədəfləri və siyasəti ilə tam üst-üstə düşən Muğanbank, BRBR mexanizminə qoşulan ilk və yeganə Azərbaycan bankıdır. 

Qeyd edək ki, Çin hökuməti tərəfindən irəli sürülən və 60-dan çox ölkəni əhatə edən İpək Yolu İqtisadi Kəməri layihəsinə Qafqaz regionunda ilk dəstək verən Azərbaycan, Şərqlə Qərb arasında mühüm ticarət dəhlizində logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. 

 

Xəbərlər