340
Üzbəüz 23 fevral — 01:28

Ermənistan müxalifəti bu gün Paşinyanı hökumət binasına buraxmayacaq

Ermənistanın müxalif “Vətənin xilası uğrunda” hərəkatı fevralın 22-də Yerevanın mərkəzindəki “Fransa” meydanında keçirdiyi etiraz aksiyasını başa çatdırıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, aksiyada bir neçə min nəfər iştirak edib. Nümayişçilər Paşinyanın istefası ilə bağlı şüarlar səsləndirərək, bu gün də etirazlara davam edəcəklərini bildiriblər.

“Bu gün (fevralın 22-si-red.) aksiyamızı qurtarırıq. Bizdə məlumatlar var ki, baş nazir Nikol Paşinyan sabah (bu gün-red.) saat 11:30-da hökumət binasının 3-cü korpusuna gələcək. Biz girişləri bloklamalıyıq və onu buraxmamalıyıq. Axşam isə mitinqə başlayacağıq", - hərəkatın nümayəndəsi İşxan Saqatelyan bildirib.

**19:54 (22.02.2021)

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbilə yürüş keçirilir.

Virtualaz.org xatırladır ki, etiraz yürüşü "Vətənin xilası uğrunda" hərəkatı tərəfindən təşkil olunub.

Bildirilir ki, hazırda bir neçə min adam polislərin müşayiəti ilə Yerevanın mərkəzindəki Fransa meydanına tərəf enir. Onlar orada itaətsizlik aksiyaları keçirmək niyyətindədirlər.

Müxalifətin əsas vəzifəsi hərəkəti iflic etmək və hakimiyyəti getməyə məcbur etmək məqsədi ilə aksiyaya maksimum sayda vətəndaş cəlb etməkdir. İzdiham "Nikol xaindir!", "Nikol, get!" şüarları səsləndirir.

Virtualaz.org

Xəbərlər