121
Üzbəüz 19 yanvar — 13:01

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən hərbçilərə qarşı növbəti əməliyyat

Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində daha bir genişmiqyaslı əməliyyat keçirilir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, başda İzmir olmaqla ölkənin 60 vilayətində paralel keçirilən əməliyyatlar Silahlı Qüvvələrin terror təşkilatları ilə əlaqəsi olmaqda şübhəli bilinən 238 üzvünün saxlanılması məqsədilə aparılır. Onlardan 218-i hazırda fəaliyyətdə olan və əksəriyyəti yüksək rütbəli hərbiçilərdir.

Təqsirləndirilən şəxslərin FETÖ-nün məsul şəxsləri ilə telefon əlaqəsi yaratdıqları müəyyən olunub.

Əməliyyatlar davam etdirilir.

Xəbərlər