444
Üzbəüz 14 yanvar — 21:21

Paşinyanın həyat yoldaşı və qızları Moskvada qışqırıqla qarşılandı: "Xainlər"

Moskva hava limanında qalmaqal - Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan və qızları qışqırıqla qarşılanıb: "xainlər". Gəliş zalında evakuasiya elan edilib.

Virtualaz.org bildirir ki, bu barədə "Erevan Today" nəşri yazıb.

“Biraz əvvəl Moskva hava limanında Rusiyanın erməni icmasının nümayəndələri, rəsmilər və nümayəndə heyətləri görüş zalına girərək Anna Akopyanı, iki qızı Şuşan və Maryamı “xainlər” adlandıraraq qarşılayıblar. Nikol Paşinyanın səfir vasitəsi ilə ailə üzvlərinin təhlükəsizliyini təmin etməsini xahiş etdiyi FSB zabitləri evakuasiya elan edərək salonun girişini bağlayıb və etirazçılardan telefonları almağa çalışıblar", - məlumatda deyilir.

Məlumata görə, Paşinyanın həyat yoldaşı və qızları onları təhqirlə qarşılayan erməni icmasının üzvlərinin olduğu ərazidən təcili çıxış yolu ilə maşınla yola salınıblar.

Bundan əvvəl, erməni mətbuatı Paşinyanın ailə üzvlərinin gizli yolla Rusiya vətəndaşlığını almaq üçün Moskvaya getdiklərini yazmışdı.

Xəbərlər