201
Üzbəüz 14 yanvar — 16:46

Erməni əsgər valideynləri yenə etiraz edirlər

Ermənistanda çağırışçı əsgərlərin valideynləri Hökumət binası qarşısında etiraz aksiyası keçirirlər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, onlar baş nazir Nikol Paşinyanla görüş tələb edirlər.

"Uşaqlarımız üçün təhlükəsizlik zəmanəti tələb edirik. Onların Qarabağa getməsini, xəsarət almasını, ölməsini istəmirik. Paşinyan 25-30 min əsgərin xilas edilməsindən danışdı. Qoy kimi və necə xilas etdiyini üzümüzə söyləsin", - deyə aksiya iştirakçıları bildiriblər.

Valideynlər, həmçinin döyüşlərdə iştirak edən əsgərlərin tərxis olunmasını tələb ediblər.

Hökumətdən bir qrup valideyni qəbul etməyə hazır olduqlarını bildirsələr də, onlarla kimin ünsiyyət quracağını açıqlamayıblar. Bir qrup valideynin binaya daxil olduğu bildirilir.

Xəbərlər