1860
Üzbəüz 2 Yanvar 2021, 17:07

Əli Kərimli Paşinyanla birlikdə Əliyevə qarşı

Müəllif: Eynulla Fətullayev

Azərbaycan müxalifəti, sadə dillə desək millidemokratlar, cəbhəçilər və dövrümüzün siyasi Koşşeyi,-düzdür, xəzinəsiz, amma siyasi uzunömürlüyü baxımından,-Əli Kərimli ancaq bir idiomaya uyğun gəlir-bal çəlləyindəki bir qaşıq çirkab. Lakin hətta tünd rəngli çəkmə məhsul Azərbaycan hakimiyyətinə siyasi landşaftın sonuncu qalıqları da ayaqları altından çıxan kvazimüxalifətə baxanda daha çox narahatlıq yarada bilər.

Seçkilər həqiqət anını doğurur

Hökumətlər və müxalifət arasında çəkişmələrdə polemika ruhu ən ağır qarşılıqlı ittihamlara qədər gedib çıxa bilər. Çoxəsrlik oturuşmuş siyasi sistemlərə malik Böyük Britaniya və Birləşmiş Ştatlar kimi ölkələrdə əksəriyyəti əsassız olan qarşılıqlı ittihamlar bütün ağlasığan, bəzən də ən ağlasığmaz hüdudları ötüb keçir. Madam Klintonun dilindən Trampa qarşı hansı qəzəbli epitetlər və təhqiramiz metaforalar səslənmədi ki? Dəlisov Trampın özü isə qoca Baydenlə mübarizədə hər əlinə keçən fürsətdə siyasi etika cizgisini keçirdi. İndiki Amerika prezidentini xortlayan meyitlə müqayisə etməyin özü nəyə desən dəyər?! Bəs britaniyalı müxalifətçilər baş nazir Boris Consonu linç edəndə müqəddəs özünüifadə haqları hesabına necə müftəxorluq edirdilər? İdeya və dünyagörüşlərin , modellərin və ölkələrin inkişaf rollarının mübarizəsində  siyasi ehtiraslar ağlasığmaz örtüyə bürünür. Lakin sonra həqiqət anı gəlib yetişir. Uduzan siyasətçi mübarizə səhnəsini tərk edir. Tarixin dolanbaclarında əriyib gedir. Və onun barəsində birdəfəlik unudurlar. Yüksək siyasi sivilizasiyalara malik ölkələrdə belə qəbul olunub.

Yeni demokratiyalarda parlament idarəçiliyi oxlokratiyanın əsasını qoyur...

Siyasi yelləncəklər və hakimiyyətlərin dəyişkənliyi ənənəsi yüksək hakimiyyət distansiyası indeksinə malik ölkələrdə də mədəniyyətin ayrılmaz hissəsidir. İran, Türkiyə, Pakistan və qərb demokratiyası modelini seçməyən bir çox digər Şərq ölkələrində konvertə olunan siyasi alternativlər sisteminin özünəxas modeli formalaşıb. Yaxın Şərqin bir çox digər qeyri-liberal, amma demokratik dövlətlərində qərb siyasi mədəniyyəti yad olsa da xalq hakimiyyəti  dövlətin idarəedilməsi sistemi kimi seçilib.

Azərbaycan müxalifəti, Paşinyanın hakimiyyəti kimi...

Lakin Azərbaycana qayıdaq. Son dörddə bir əsrdə Azərbaycan siyasi dekadentliyinin (bu sosial qrupları strukturlaşmış müxalifət adlandırmaq olmaz) Azərbaycan hakimiyyətini nədə ittiham edirdilər?  Müxalifət hakimiyyəti Qarabağ probleminin həllinə qadir olmamaqda günahlandırırdı.

Öz kəmsavadlılığı, diletantizmi və dünyanın, regionun problemlərini səthi analiz etməsi ilə müxalifət Azərbaycandakı situasiyanı hakim elita və protest elektoratı arasında klassik antaqonizmi formasında ortaya qoyurdu. Müxalifət adlanan qrupların başlıca arqumenti məhz Azərbaycan hakimiyyətinin uzun müddət dəyişməməsi barədə idi. Lakin Netanyahu, Merkel, Ərdoğan, Orban və bir çox digər sanballı siyasətçilərin onilliklər boyu hakimiyyətdə qalması idarəçilik forması barədə qızğın polemikalar yaradırdı.

İkinci Qarabağ müharibəsi dövründə Ermənistandakı idarəçilik böhranı və Rusiya ilə sərt qarşıdurma dövründə Gürcüstanda siyasi sistemin sıradan çıxması nəyi göstərdi? Habelə hakimiyyətsizliyin acı dərslərindən sonra ən güclü prezident üsul-idarəçiliyini bərpa etməyə məcbur olan Ukraynada hakimiyyətin iflic olması? Dayanıqsız və kövrək parlament idarəçilik forması xarici təhdidlər və daxili destablizasiya riskləri ilə üzləşən ölkələrdə işə yaramır.

Azərbaycan da Türkiyə və Rusiya kimi, Yaxın Şərqin bəzi ölkələri kimi Heydər Əliyevin dövründə, konstitusiya islahatları zamanı güclü prezidentlik üsul-idarəsini seçdi. Bu məqamda irəliyə qaçaraq qeyd edək ki, məhz güclü prezidentlik üsul-idarəsi  ölkəni siyasi kollapsdan və permanent destablizasiya təhlükəsindən xilas etdi. Lakin Azərbaycan müxalifətçiləri güclü prezident hakimiyyətini kök salmış alternativsiz avtoritarizm kimi qələmə verirdi. Elə dəlibaşlar da tapıldı ki, hakimiyyəti ən reaksion diktaturalarla müqayisə etdi. Avtoraitar idarəçilikdə seçicilər qismində xalq alternativlərdən məhrum olur.

2003-cü ldən bəri 17 il ərzində Azərbaycan hakimiyyəti hakimiyyət uğrunda ən geniş siyasi plüralizm şərtlərində mübarizə aparıb, hərçənd bir neçə dəfə hakimiyyətə gəlmək şansını əldən verib. Sonda xalq öz səsini İlham Əliyevə və mövcud hakimiyyətə verib. Müxalifət isə bu gün uduzmuş Tramp kimi seçkilərdə saxtakarlıqlardan və fırıldaqlardan şikayətlənib. Lakin müxalifətin etiraz etmək haqqını kim əlindən almışdı? Əgər Tbilisidə, Yerevanda, Kiyevdə və hətta Bişkekdə mitinqlər yüz minlərlə, milyonlarla adam toplayırdısa Azərbaycan müxalifətinin ən böyük uğuru İlham Əliyevin 17 illik idarəçiliyi dövründə haradasa 10 minlik “rəngarəng” kütlə (onun da bir neçə minini gizli polisin agentləri və hakimiyyətin pərdələnmiş tərəfdarları təşkil edirdi) toplamaq olub.

 

Azərbaycanda xalq etirazları ildən ilə özünü təxminən belə büruzə verirdi

2005-ci ildən başlayaraq müxalifət plüralizmə əsaslanan bütün seçkiləri boykot edib, hakimiyyətin qanadının dəyişməsinə gedən yolun keçdiyi mühüm prosesdən kənarda qalıb. İlham Əliyev bütün idarəçiliyi dövründə  seçicilərin və vətəndaşların şəksiz yüksək etimadına malik olub. Müxalifət isə hakimiyyətə aşağı səviyyəli bircins şəbəkə polemikası ilə qarşı çıxıb, daxili siyasi situasiyanı laxlatmağa yönəlmiş sonsuz sayda nəticəsiz cəhdlər göstərib. Hakimiyyətin isə bütün qüvvələrin və resursların ölkənin başlıca probleminin-ərazi bütövlüyünün bərpası probleminin həlli üçün səfərbər etmək niyyəti və zərurəti isə dünya düzəninin konyunkturası haqda yanlış mühakimələrlə qarşılaşıb.

Müxalifət də Paşinyanın hökuməti kimi Qarabağ münaqşəsinin güc yolu ilə həllini tam istisna etməklə tarixi səhvə yol verdi. Müxalifət Qarabağda müharibə variantını yaxına buraxmırdı, çünki hesab edirdi ki, döyüş əməliyyatları üzücü xarakter alar. Bu da daxili siyasi situasiyanın destablizasiyası riskini yaradar. Müxalifət belə ssenariyə şad olardı. Lakin bunu yaxına buraxmırdı, mövcud hakimiyyətin praqmatik yanaşmasından çıxış edərək.

Azərbayan ordusunun Rusiyanın Qarabağın tarixi paytaxtı Şuşanın azad edilməsinə də imkan verən qüsursuz  neytrallığı şəraitində blitskiriqi müxalifət üçün gözlənilməz və sərt ssenari oldu. Bu, təkcə erməni hakimiyyətinin tarixi məğlubiyyəti deyildi, eləcə də elçibəyçi cəbhəçiliyin bütün irsinin məğlub olması idi.

Rəngli beynəlmiləlin himni

Müxalifətçilər yığını tamam fərqli vəziyyət hesablamışdı. İlham Əliyevin rəqibləri, Paşinyan hakimiyyəti kimi, Minsk formatı çərçivəsində sonsuzadək nəticəsiz danışıqlar imitasiyasına ümidlər bəsləyirdi. Və Qarabağın Ermənistan tərəfindən sakitcə udulmasının bu dolayısı tərəfdarlarının xarici siyasət oriyentirləri oturuşmuş, Ərdoğanın liderliyi altında Yaxın Şərqdə tarixi rolunu geri qaytaran Türkiyə dövləti deyil, Qarabağ separatçılığının ilhamvericisi olan, İlham Əliyevin idarəçiliyinin ilk günlərindən Azərbaycanda sistemli sabitliyin əsaslarını laxlatmağa çalışan Qərb idi.

Əgər İlham Əliyev Ərdoğan hakimiyyəti üçün taleyüklü və həlledici zamanlarda, istər Qərbdən dəstəklənən rəngli qüvvələrin başlatdığı Gəzi parkı olaylarında, istər gülənçilərin hərbi qiyam cəhdində Türkiyə hakimiyyəti ilə tam həmrəylik nümayiş etdirmişdisə Azərbaycan müxalifəti indiki Türkiyə prezidentinin tezliklə hakimiyyətdən getməsini arzu edirdi, Türkiyədəki Qərb meylli qüvvələrə tərif deyirdi.

Kərimlinin kor-koranə Qərb meylliliyi onu sonda Paşinyanın ağuşuna atdı. Ermənistanda rəngli inqilablardan sonra məhz Əli Kərimli, özü də Azərbaycanda ilk dəfə,-hakimiyyətin Qarabağda hərbi əməliyyatlara başlamasının yolverilməzliyi barədə müraciətlə çıxış etdi. Kərimli elə belə də dedi: Azərbaycan hakimiyyəti inqilab işini əngəlləsə və yaranmış situasiyadan istifadə edib Rusiyanın maraqlarına oynasa amoral hərəkət etmiş olar. Bircə bunu əlavə eləmək qalırdı: Azərbaycan xalqının maraqları naminə situasiyadan istifadə etsə!

Azərbaycan müxalifətçiləri Ermənistandakı sevgi inqilabına sevgi nəğmələri oxuyurdu

Paradoksaldır, amma hakimiyyət Kərimlinin həmin bəyanatına misli görünməmiş təmkin nümayiş etdirdi. Cəbhəçilərin lideri Leninin “imperialist müharibəsini sinfi müharibəyə çevirmək” aksiomu ilə hərəkət edən yeni sororçu cərəyanın ruhunda milli-satqınlıq siyasətini davam etdirdi. Yəni Kərimli öz ölkəsinin hakimiyyətindən daha çox  erməni xalqının inqilab işinin qalib gəlməsi maraqlarından çıxış edərək hərbi ritorika ilə hədələyən Paşinyanla ruhi yaxınlıq hiss edirdi.

2018-ci ildən, erməni inqilabının ilk günlərindən etibarən evalyusiya və faciəvi gələcək haqda düşünməyən daha bir rəngli inqilabın Ukrayna Maydanının deqradasiyasına, Qırğızıstanda dövlət institutlarının çürüməsinə və Moldovada komik kvazidövlətin formalaşmasına gətirib çıxaracağını nəzərə almadan Kərimli erməni sevgi inqilabının Azərbaycandakı başlıca təbliğatçısına çevrildi.

“Ermənistanda xalqın hakimiyyəti formalaşıb. Və bu hakimiyyət Ermənistan dövlətinin obrazını dünyada kökündən dəyişib. Qarabağa dair danışıqlar prosesinin fəallaşması gözlənilir. Və Azərbaycan avtoritar ölkə kimi qərb cameəsinin böyük təzyiqləri ilə üzləşəcək və bu da sonda Qarabağ probleminin Ermənistanın xeyrin kompromislərlə həll edilməsinə gətirib çıxaracaq”. Bu kiçik parça Kərimlinin 2018-ci ildə Paşinyan oxlokratiyasının formalaşmasından dərhal sonra verdiyi bəyanatdan bir hissədir. Ölkəsində yüksək hakimiyyətə iddia edən adama cəmi iki lazım gəldi ki, öz qabiliyyətsizliyini, kəmsavadlığını və hətta Qafqazın kiçik küncündə baş verənləri analiz edə bilmək imkanlarının olmadığını yaşasın.

Əlbətdə ki, Paşinyanın oxlokratiyası xalq hakimiyyətinə çevrilmədi, üstəlik Ermənistandakı əksər siyasi qüvvələrin mövqeyinə görə, trivial avtoritarizm sisteminə çevrildi. Azərbaycan isə beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqından istfadə edərək əks-hücum əməliyyatına başladı, işğalçı qoşunları qovdu, yeddi ətraf rayonu, habelə Qarabağın tarixi paytaxtı Şuşanı azad elədi, düzənlik Qarabağ üçün Hadrutun qismində “təhlükəsizlik zonası” yaratdı , üstəlik Ermənistanla SSRİ dövrü sərhədlərini bərpa etdi. Faktiki olaraq İlham Əliyev 44 gün ərzində fantastik sıçrayışa nail oldu, Qarabağ münaqişəsinin kəskinləşdiyi 1988-ci il status-kvosunu bərpa etdi.

Ermənilər hamısı bir səslə Azərbaycanın qalib gəldiyini deyir, Kərimlidən başqa

 Ləyaqətli rəqib necə hərəkət etməli idi? Özünə hörmət edən, ləyaqət hissini, borcunu və məsuliyyətini itirməyən adam özünü necə aparardı? Kərimli prezidentdən, cəmiyyətdən və hətta azsaylı tərəfdarlarından üzr istəməliydi, öz iflasını, analitik qabiliyyətinin olmamasını, siyasi situasiyanı adekvat dəyərləndirə bilməməsini boynuna almalıydı və ictimai həyatdan getməliydi. Real siyasətdə o, çoxdan yoxdur.

Kərimlinin vəsf etdiyi erməni inqilabı Ermənistanın Qarabağda məğlubiyyəti və Paşinyanın kabinetinin dağıdılması ilə nəticələndi

İlham Əliyev azərbaycanlıların bir neçə nəslinin, xüsusən də o vaxtkı partiya-dövlət aparatının Qarabağda Azərbaycanın maraqlarını qoruya bilməməsinə görə Xalq Cəbhəsinin əsasını  qoyan 1988-ci il erası siyasətçilərinin xəyallarını həyata keçirdi. Heç bir siyasi qüvvə, o cümlədən AXC Qarabağdan erməni əhalisinin deportasiyasını və Stepanakertin (Xankəndi) tutulmasını bəyan etməyib, buna hesablamayıb. Söhbət azərbaycanlı əhalinin maraqlarının müdafiəsindən və separatçı DQMV üzərində Azərbaycanın dövlət suverenliyinin bərpasından gedib. İ.Əliyev azərbaycanlıların bu arzularını tam olaraq yerinə yetirdi. Azərbaycan 1992-ci ilin əvvəllərindən etibarən müharibədə itirdiyi bütün torpaqları geri qaytardı.

İlham Əliyev azərbaycanlıların bir neçə nəsillərinin xəyallarını həyata keçirdi

Xankəndinə və ermənilərin çoxluq təşkil etdiyi digər rayonlara gəldikdə isə bu rayonlar üzərində nəzarət 1989-cu ildə Volski idarəçiliyinin tətbiqi başlayanda itirilmişdi. Doğrudur, sonradan həmin institutu ləğv elədilər, amma “Mərkəzin adamı” Viktor Polyaniçkonun “Təşkilat komitəsini” yaratdılar. O, Xankəndində mərkəzi hakimiyyətin nəzarətində olan yeganə bina idi və vaxtaşırı olaraq ermənilər oranı qumbaratanlardan atəşə tuturdu.

Azərbaycanın və İlham Əliyevin fantastik qələbəsi-10 noyabrdan etibarən isə hər azərbaycanlı üçün bu xüsusi ismlər bir-birindən ayrılmazdır,-Ermənistanda üzücü, hər gün daha da dərinləşən siyasi böhran yaratdı. Budur onlar, Kərimlinin bütləşdirdiyi soros inqilabçıları: oxlos kratiyadan ayrıldı, inqilab liderinin kabinetinə hücum edib dağıtdı, Paşinyanın özünü isə hər küncdən ikinci növ predmetlərlə atəşə tuturlar. Müdrik Ter-Petrosyandan başlayaraq “tupoy Qaqo” Qaqik Tsarukyana , yüksək təhsilli Jirayr Libaredyandan intellektual Aleksandr İsgəndəryana, rusiyayönümlü Vazgen Manukyandan qərbyönümlü Spryuka qədər hamısı bir ağızdan Azərbaycanın triumfial qələbəsindən, Ermənistanın tarixi məğlubiyyətindən danışır.

İndi Kərimli dünyaya qara eynəkdən baxır

Və ancaq Kərimli özünün şəbəkə avtomoniyasında Azərbaycanın...məğlubiyyətindən bəhs edir. Bəli, bəli, şanlı Vətən müharibəsinə yekun vuraraq  və analiz edərək müxalifətin lideri öz auditoriyasını, müxtəlifcinsli qaragüruhu Azərbaycanın pirr qələbəsinə inandırır. Kərimli xalqın qələbəsinin dadını korlayır, ona şirin zəhər damcıları qatır.  Sifətində sızanaq ləkələri olan müxalifətçi (Anna Kareninanın ölməz frazası yada düşür: “Nəyə görə mən onun eybəcər qulaqlarını daha əvvəl görə bilmədim!”) ictimai rəyi buna inandırmağa çalışır, Azərbaycan uduzub, çünki erməni əhalisini Qarabağın dağlıq hissəsindən çıxara və Xankəndində bayraq qaldıra bilməyib.

Kərimli Facebook-da Yeni il müraciətində Azərbaycan ordusunun qələbəsini etiraf edir... amma deyir ki, İlham Əliyev hərbi uğurlarını siyasi qələbə ilə möhkəmləndirə bilmədi... Kərimli hər şeyi elə təsvir edir ki, sanki hansısa müstəqil ordu qiyama qalxaraq hücuma başladı və Qarabağı azad etdi. Amma budur, Azərbaycan prezidenti son qələbənin qarşısını almaq üçün hər şeyi etdi. Və bu ordunun uğurunu əlindən aldı.

Təsəvvür edirsiniz, siyasətçinin hansı cəfəngiyyatı, arxasında alçaqlığın və rəzilliyin gizləndiyi  hansı təmtəraqlı pafosla danışdığını! Deyək ki, ordunu döyüşə Silahlı Qüvvələrin Ali baş komandanı - Prezident İ.Əliyev yox, müxalifətçi Əli Kərimlinin özü apardı. Və Kərimlinin əsgər və zabitlərlə birlikdə qələbəyə yaxın olduğu hücumda, İlham Əliyev Xalq Cəbhəsinin zəfər bayrağını Xankəndində qaldırmasına imkan vermədi. Dəhşətli mənzərədir!

Əli Kərimli bilir, amma susur

Əli Kərimli bilirmi ki, 1997-ci ildən bəri Ter-Petrosyanın məcburi istefasından sonra Ermənistanın bütün sonrakı hökumətləri işğal altındakı iki bölgənin - Laçın və Kəlbəcərin Azərbaycana qayıtması məsələsini müzakirə etməkdən imtina edərək, Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhlizlərin – nəqliyyat arteriyalarının müstəsna əhəmiyyətlərində israr edirdilər?! Bilir, amma susur.

Əli Kərimli bilirmi ki, 1988-ci ildən bəri heç bir dövlət məmurunun və ondan bir il sonra, 1989-cu ildən bəri, heç  bir  sıravi azərbaycanlı belə həyati təhlükəyə görə Stepanakert və Hadrutu ziyarət edə bilməyib? 1991-ci ilin payızında, Jeleznovodsk prosesinin bir hissəsi olaraq prezident Ayaz Mütəllibov Yeltsin və Nazarbayevin müşayiəti ilə Stepanakertə girdi, lakin hücumlardan möcüzə nəticəsində xilas oldu. Daxili İşlər naziri Məhəmməd Əsədov böyük sayda silahlı mühafizəçilərin müşayiəti ilə Əsgərana girən son təhlükəsizlik zabiti oldu. Bilir, amma susur.

Mütəllibov Stepanakertdə güclə xilas oldu

Əli Kərimli bilirmi ki, 1991-ci ilin birinci yarısında Şaumyan və Getaşen bölgələrinin erməni silahlılarından təmizlənməsi üçün “Üzük” xüsusi əməliyyatını həyata keçirən  rus qoşunları idi? Bilir, amma susur.

Əli Kərimli bilirmi ki, 1992-ci ilin yayında Mardakertə uğurlu hücuma görə AXC hökuməti rus hərbi mütəxəssislərinə borcludur? Keçmiş müdafiə naziri və Pavel Qraçovun dostu - Rahim Qazıyev bilir və susmur. Ancaq Kərimli bilir və susur.

Əli Kərimli bilirmi ki, 2021-ci ildə Ermənistan Dağlıq Qarabağın paytaxtını Şuşaya köçürməyi və Azərbaycanın mənəvi paytaxtında qanunsuz məskunlaşmanı başa vurmağı planlaşdırırdı? Və şəhərin Azərbaycanın nəzarətinə qaytarılması 1992-ci ildən bəri ATƏM (ATƏT) daxilində beynəlxalq vasitəçilərin tərəfindən heç vaxt gündəminə gətirilməyib? Bilir, amma susur.

Əli Kərimli bilirmi ki, 1992-ci ildən bəri Qərb vasitəçiləri erməni əhalisi arasında yekun statusa dair  referendumun keçirilməsindən sonra Qarabağda 30 kilometrlik Laçın dəhlizinin yaradılmasında israr edirdilər ki, bu da Laçın rayonunun Azərbaycandan mexaniki şəkildə ayrılması deməkdir? Bilir, amma susur.

Əli Kərimli bilirmi ki, "Üzük" əməliyyatını rus ordusu həyata keçirib? Bilir, amma susur

Əli Kərimli bilirmi ki, Azərbaycan danışıqlar nəticəsində yalnız 5 aran rayonunun işğaldan azad edilməsini xəyal etməli idi, amma Böyük Siyasi Müqavilənin imzalanmasından 5 il sonra Qarabağda referendum keçirilməsi şərti ilə? Bilir, amma susur.

Əli Kərimli bilirmi ki, danışıqlar prosesi çərçivəsində 1992-ci ildən bəri Ermənistanla sərhəd zolağındakı Azərbaycan ərazilərinin qaytarılması məsələsi Qarabağ nizamlanması ilə əlaqəli olaraq nəzərdən keçirilməyib? Bilir, amma susur.

Əli Kərimli bilirmi ki, keçmiş xarici işlər naziri Elmar Məmmədyarovu açıq şəkildə təhdid edən dövlət katibi Kerri və dövlət katibinin müavini Nulandın təsiri altında Azərbaycan aprel müharibəsi zamanı əks hücumu dayandırmağa məcbur oldu? Bilir, amma susur.

Əli Kərimli bilirmi ki,  Azərbaycan əgər erməni əhalisinin yığcam yaşadığı şəhər və kəndləri nəzarət altına alardısa , prezident Trampın müharibə zamanı açıq şəkildə elan etdiyi Kosovo ssenarisi ilə qarşılaşa bilərdi? Bilir, amma susur.

Əli Kərimli bilirmi ki, Qərbdən fərqli olaraq Rusiya Qarabağ və Xankəndinin dağlıq hissəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıdı, sülhməramlı qüvvələri davamlı və sistemli sülhün sabitləşdirici qarantı kimi təqdim etdi? Əli Kərimli bilirmi Rusiya prezidentinin Qarabağ münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunaraq bitmiş münaqişə elan etdiyini? Bilir, amma susur.

Əli Kərimli bilirmi ki, müasir dünya düzəni şəraitində aparıcı dövlətlərdən heç biri son sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanın erməni əhalisinin kompakt yaşayış yerlərində hər hansı hərəkətinə  icazə vermirdi? Bilir, amma susur.

Əli Kərimli bilirmi ki, Ermənistan Zəngəzurdan Naxçıvana nəqliyyat dəhlizinin açılması məsələsini yalnız Laçın dəhlizinin Yerevanın yurisdiksiyasına keçəcəyi təqdirdə nəzərdən keçirməyə hazır idi? Bilir, amma susur.

Prezident İlham Əliyevin qələbədəki rolunu həyasızca aşağı salmaqla, onun ən böyük tarixi uğurunu şübhə altına almaqla, Azərbaycan ordusunun qələbəsinə kölgə salmaqla bu aşkar reallığa qarşı necə getmək olar? Kərimli Vətən müharibəsində qələbənin tarixi əhəmiyyətini azaltmaq üçün mübarizə aparır, ictimaiyyətin diqqətini Rusiya sülhməramlı qüvvələrinin mövcudluğuna yönəldir. Kərimlinin anti-Rusiya çıxışlarının aarxasında milli demokratlar üçün  xoşagəlməz həqiqət gizlənir - yeni status-kvonun toxunulmazlığının qarantı kimi çıxış edən Rusiya və Türkiyə son məqsəd kimi ermənilərin kompakt yaşadığı bölgələrin Azərbaycana reinteqrasiyasını elan ediblər.

Kərimli cəmiyyəti Moskva paktının iki qarantına qarşı radikallaşdırmağa çalışır

Niyə bu vəziyyətdə, Kərimlinin məntiqinə görə, Qarabağda prezidenti Azərbaycanı açıq şəkildə "Kosovo presedenti" ilə hədələyən ABŞ-ın qoşunları yerləşdirilməli idi? Və ya separatçı "DQR" nin müstəqilliyini tanıyan Fransanın? Yaxud da təcavüzdən əziyyət çəkən Azərbaycanın hərəkətlərini hərbi təcavüz kimi qəbul edən Almaniyanın?!

Bilirsiniz, Əli Kərimlinin arqumentlərini nə ilə müqayisə etmək olar? Əgər kimsə Türkiyədə Mustafa Kamal Atatürkü Lozanna Sülhünü imzalayaraq, Ərəbistanı, Misiri və Fələstini qaytara bilməməkdə ittiham etməyə başlayarsa...

Əlbətdə ki, Əli Kərimlinin və bəzi digər “onlayn” müxalifətçilərin son açıqlamalarını diqqətdən kənarda qoymaq da olardı. Azərbaycan ictimaiyyətinin böyük əksəriyyəti belə də etdi. Ancaq Kərimlinin çıxışları və açıqlamaları Azərbaycan ictimai fikrini radikallaşdırmağa hesablanmış geniş plana xidmət edir. Kərimli və millidemokratların vəzifəsi Moskva sazişini pozmaq və bölgədə yeni bir böhran vəziyyəti yaratmaq üçün hər cür səy göstərməkdir.

Axı bu günlərdə okeanın o tayından ilk xəbərdarlıq şimşək kimi çaxdı. ABŞ Senatı regional təhlükəsizlik sisteminin qarantlarına - Rusiya və Türkiyəyə qarşı sanksiyalar tətbiq etdi. Qarabağdakı müharibə keçmişdə qaldı. Ancaq qlobal geosiyasi müharibə indi başlayır...

(Davamı olacaq...)

Xəbərlər