428
Üzbəüz 27 noyabr — 21:14

“Bayraktar”ın yaradıcısı “ASAN xidmət”in yeni layihəsində

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə "Baykar Savunma" şirkətinin rəhbəri, "Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar arasında onlayn formada görüş̧ keçirilib.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən virtualaz.org-a bildiriblər ki, görüş̧ zamanı Ülvi Mehdiyev və Haluk Bayraktar dekabrın 4-dən 6-dək keçiriləcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” barədə müzakirə aparıblar.

Xatırladaq ki, ölkəmizdə ilk dəfə və onlayn keçiriləcək Hakatonda müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələləri müzakirə olunacaq. Həmçinin mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi və rəqəmsal təbliğat mövzuları diqqət mərkəzində olacaq.

Tədbirin əsas məqsədlərindən biri də Qarabağ̆ həqiqətlərini dünyaya çatdırmaqdır.

Xəbərlər