Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazirlər arasında bölgədəki son vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və iki ölkə arasında mövcud münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər habelə Suriya, İsrail - Fələstin arasındakı münasibətlər daxil olmaqla qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.