402
Üzbəüz 23 noyabr — 22:16

Erməni əsgərlərinin beton üstündə yatmaları Yerevanda qalmaqala səbəb olub

44 günlük müharibədən sonra yaralanmış erməni hərbçilərinin beton üstündə yatdıqlarını, elementar şəraitdən belə məhrum olduqlarını əks etdirən videokadrlar erməni ictimaiyyəti arasında qəzəb, narazılıq və hiddət doğurub.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, çoxları komandanlığı əsgərlərə elementar kazarma şəraiti yaratmaq istəməməkdə günahlandırmağa başlayıblar.

“Ermənistanda özlərini təmizə çıxarmağa tələsdilər, "sərhədlərin demarkasiyası və şəxsi heyətin yenidən dislokasiyası prosesi gedir, bununla bağlı çətinliklər və iztirablar meydana çıxır" dedilər. Hərbi rəhbərlik "istənilən vəziyyətdə insanların təhlükəsizliyi təmin olunacaq" deyə vəd verir. Amma bununla yanaşı, etiraf edilir ki, Ermənistan ordusunun bölmələrinin demarkasiyası və dislokasiya prosesi müəyyən vaxt tələb edir", - deyə “Sputnik Ermənistan” yazır.

Virtualaz.org

Xəbərlər