880
Üzbəüz 22 noyabr — 21:33

Jirinovski ermənilərin “naxlebnik” deputatları, Qarabağ müharibəsi və ruslar haqda

Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Rusiyanı Dağlıq Qarabağda müharibəyə cəlb etmək istəyən erməni siyasətçilərini tənqid atəşinə tutub.

Virtualaz.org-un məlumatına görə, V.Jirinovski Rusiya televiziyasında "Vladimir Solovyovla axşam" verilişində deyib ki, bir neçə həftə əvvəl Ermənistan parlamentinin deputatları gəlmişdilər: “Bu “naxlebniklər” deyirdilər ki, qoy Rusiya kömək etsin. Yox bir, ruslar gedib orada öləcəkdilər? Bax, ruslar gəlib və elə bu partiya əleyhinə çıxır. Necə yəni, nə cür olub ki, Saziş bağlayıblar? Onlar nə düşünürdülər, gözləyirdilər ki, ruslar gələcəklər, azərbaycanlılara qalib gəlib Bakı və Qarabağı götürüb ermənilərə verəcəklər? Rusiyaya isə 200 nömrəli yüklər- rusların tabutları göndəriləcəkdi?.. Bax, onlar bunu nə istəyirlər".

Xəbərlər