128
Üzbəüz 22 noyabr — 10:16

Türkiyə Müdafiə Nazirliyi: “Ermənistan Ağdamdan çəkilərkən hər yeri yandırıb”

“Ballistik raketlərlə Azərbaycanın yaşayış məntəqələrini hədəf alan, gecə körpələri yatdıqları yerdə qətlə yetirən Ermənistan Ağdamdan çəkilərkən belə hər yeri yaxıb-yandırıb”.

Virtualaz.org bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində işğaldan azad edilən Ağdam rayonuna aid paylaşılan videoda belə deyilir.

Ağdamın mərkəzindəki məsciddə oxunan ilk azanın səsinə də yer verilən videomaterialın təqdimatında “Ağdamı yenidən yaşanılacaq bir vəziyyətə gətirmək üçün fəaliyyət başlanıb”, - deyə qeyd edilib.

Xəbərlər