351
Üzbəüz 21 noyabr — 21:35

Sarkisyan Lavrova: “Ermənistanda dərin böhran hökm sürür”

Ermənistanda iqtisadi sahədə dərin böhran var.

Bunu Ermənistan prezidenti Armen Sarkisyan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdə deyib.

“Biz bir daha əmin olduq ki, dost dar gündə tanınar. Siz çox çətin bir zamanda gəlmisiniz, böhran vaxtı deyə bilərik. İqtisadi sahədə böyük problemlər var. Çətin bir müharibədən sonrakı dövr və koronavirus. Həmçinin, psixoloji problemlər ... Xarici siyasətdə də vəziyyət yaxşı deyil”.

Sarkisyanın fikrincə, harada yaşamasından asılı olmayaraq, ermənilərin hamısı anlayır ki, Lavrovun və şəxsən Rusiya Prezidentinin səyləri olmasaydı, Ermənistan itki verməkdə davam edəcəkdi.

“Müharibənin ilk günlərində biz bilirdik ki, Rusiya rəhbərliyinin, şəxsən prezidentin səyləri hərbi əməliyyatların dayandırılmasına yönəldilib".

Sarkisyan onu da qeyd edib ki, dövlət qarşısında yalnız həll olunmalı deyil, həm də dərinləşməməsini təmin etməli olduğumuz iki problem dayanır: “İlk növbədə birgə bəyanata uyğun olaraq təkcə hərbi əməliyyatların dayandırılmasının həyata keçirilməsi deyil, sonrakı illərdə də onu davam etdirmək lazımdır. Bunun Ermənistan üçün həyati əhəmiyyəti var.

İkincisi, Ermənistanda sabitliyin bərqərar olması. Heç kim Qarabağla bağlı əldə edilmiş razılaşmaların həyata keçirilməsini sual altına almasın. Çətinliklərə, böhran vəziyyətinə baxmayaraq, həll yollarını tapmaq həmişə mümkündür".

Xəbərlər