267
Üzbəüz 23 oktyabr — 12:28

Düşmənin daha 5 PUA-sı zərərsizləşdirildi

Oktyabrın 23-də saat 12.00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə virtualaz.org-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Beləliklə, təkcə bu gün zərərsizləşdirilən düşmən PUA-larının sayı 5-ə çatıb.

**11:26

Oktyabrın 23-ü saat 03.00-dan 09.00-dək Ermənistan silahlı qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

Bu barədə virtualaz.org-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Digər 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.

Xəbərlər