324
Üzbəüz 23 oktyabr — 01:28

Avroliqa: "Qarabağ" qrup mərhələsinin ilk matçında məğlub oldu

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.

Virtualaz.org bildirir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsraildə "Makkabi"lə (Təl-Əviv) üz-üzə gəlib.

"Blumfild" stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolu 10-cu dəqiqədə Yonaten Kohen vurub.

Qrupun digər oyununda “Villareal” (İspaniya) öz meydanında “Sivaspor”u (Türkiyə) məğlub edib - 5:3.

"Qarabağ" qrupda ikinci matçını oktyabrın 29-da "Villareal"a qarşı keçirəcək. Matç Türkiyədəki "Başakşehir Fatih Terim" stadionunda olacaq.

Xəbərlər