263
Üzbəüz 18 oktyabr — 20:38

Ermənistan Qarabağda öldürülən daha 37 hərbçisinin adını açıqladı

Ermənistan tərəfi bu gün Dağlıq Qarabağda məhv edilmiş hərbçilərinin daha bir siyahısını açıqlayıb.

Virtualaz.org erməni KİV-lərinə istinadən bildirir ki, bu siyahıda 37 hərbçinin adı açıqlanıb.

Qeyd edək ki, bugünkü birinci siyahıda 40 hərbçinin adı vardı.

Beləliklə, işğalçı ölkənin rəsmən elan etdiyi itkilərin sayı 710-a çatıb.

Halbuki, dəfələrlə qeyd etdiyimiz kimi, Ermənistan ordusunun itkiləri göstərilən rəqəmlərdən qat-qat çoxdur. Üstəlik, işğalçı ölkə döyüşlərə terrorçuları və muzduları cəlb edir. Onlar arasında ölən və yaralananların statistikası isə ümumiyyətlə aparılmır və ya tam məxfi saxlanılır.

Xəbərlər