308
Üzbəüz 18 oktyabr — 10:50

Ermənistan dövlət sərhədində də atəşkəsi pozdu

Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib.

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Xəbərlər