1042
Üzbəüz 12 oktyabr — 15:40

Düşmənin 10-cu dağ-atıcı diviziyasının bazası Azərbaycan aviasiyasının zərbəsindən sonra

Azərbaycan Müdafiə Nazirliyi ötən gecə cəbhədə gedən döyüşlər zamanı Ermənistan ordusunun 10-cu dağ-atıcı diviziyasının komanda-idarəetmə məntəqəsinə ordumuzun aviasiya zərbəsi endirdiyini, nəticədə düşmənin çoxsaylı itkilərinin olduğunu açıqlamışdı.

Lakin Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, Azərbaycan Müdafiə Nazirliyinin cəbhədəki vəziyyətlə bağlı gündəlik operativ məlumatlarını adətən şərh etməyən Şuşan Stepanyan dərhal bu informasiyanı təkzib etməyə çalışdı. Onu “dezinformasiya” adlandırdı.

Və çox keçmədi ki, sosial şəbəkələrdə həmin komanda mərkəzinin Azərbaycan aviasiyasının zərbəsindən sonrakı vəziyyətinə dair kadrlar yayıldı. Üstəlik söhbət pilotsuz kəşfiyyat təyyarəsinin çəkdiyi görüntülərdən deyil, bilavasitə dağıntılar arasından çəkilmiş kadrlardan gedir. Həmin kadrlara əsasən beton-torpaq qatı ilə möhkəmləndirilmiş komanda mərkəzi darmadağın olub, ehtimal ki, ora böyük dağıdıcı gücə malik aviabomba düşüb. Və erməni hərbçilər dağıntılar altından meyitləri çıxarıb daşımaqla məşğuldur. 

Başqa sözlə, ordumuz düşmənin dünən gecə Gəncəyə endirdiyi və çoxsaylı dinc sakinin həlak olmasına gətirib çıxaran xain, iyrənc hücumuna gərə qisası onun əsgər və zabitlərindən alıb.

Caliber.az YouTube kanalında yayılmış həmin görüntüləri təqdim edirik:

Xəbərlər