448
Üzbəüz 2 oktyabr — 01:48

Qurban Qurbanov "Qarabağ" ın qələbəsi haqda

"İlk növbədə, futbolçularımı yox, əsgərlərimi təbrik edirəm. Çünki bu gün onlar əsgər kimi vuruşdular. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm".

Virtualaz.org bildirir ki, bunu “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Polşada "Legiya" komandasını 3:0 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off oyunundan sonra mətbuat konfransında deyib.

Q.Qurbanov bildirib ki, rəqib yaxşı komandadır: “Amma onlar oyun sistemini dəyişmişdilər. Fikrimcə, 3:0 hesabı matçın gedişini tam əks etdirmir. Çünki "Legiya" daha yaxşı səviyyədə olan komandadır. Nəticədən tam razıyam”.

Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasında pley-off oyununu keçirib. Azərbaycan təmsilçisi Polşada "Legiya"nın qonağı olub. Varşavadakı "Wojska Polskiego" stadionunda təşkil olunmuş qarşılaşma Ağdam komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbərlər