336
Üzbəüz 2 oktyabr — 00:21

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində

Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Virtualaz.org bildirir ki, oktyabrın 1-də turnirin pley-off mərhələsi çərçivəsində Ağdam təmsilçisi Polşanın “Legiya” komandasının qonağı olub.

Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilən qarşılaşma “Qarabağ”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubunun heyətində Patrik Andrade, Abdullah Zubir və Filip Ozobiç fərqləniblər.

Yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanıb.

Onu da vurğulayaq ki, "Qarabağ" "Legiya" üzərində qazandığı qələbəni əsgər salamı ilə qeyd edib. Azərbaycan komandası bununla Dağlıq Qarabağda erməni işğalçılarına qarşı əks-hücum əməliyyatı keçirən Ordumuza bir növ kollektiv dəstək olduğunu nümayiş etdirib.

Xəbərlər