3145
Üzbəüz 1 oktyabr — 15:28

Ordumuz işğaldan azad edilmiş torpaqlarda

Azərbaycan ordusu sentyabrın 27-dən bu yana keçirdiyi irimiqyaslı hərbi əməliyyatların gedişində düşməni cəbhənin bir neçə istiqamətində geri oturdub, ərazilərimizin bir hissəsini azad edib. AzTV az əvvəl işğaldan azad edilmiş ərazilərdən çəkilmiş görüntüləri yayıb. Kadrlara əsasən igid hərbçilərimiz düşmənin dayaq məntəqələrini darmadağın ediblər, erməni ordusuna məxsus olan çoxsaylı texnikanı məhv ediblər. Salamat qalan texnikanı və silahları isə hərbi qənimət olaraq ələ keçiriblər.

 

Xəbərlər