1609
Üzbəüz 30 sentyabr — 18:34

Mehriban Əliyeva göz yaşlarını saxlaya bilmədi

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.

Prezident və birinci xanım görüşün sonunda hərbçilərlə söhbət edib və harada yaralandıqları ilə maraqlanıblar.

Virtualaz.org bildirir ki, yaralı hərbçilərlə görüşdən təsirlənən birinci xanım Mehriban Əliyeva göz yaşlarını saxlaya bilməyib.

Xəbərlər