1242
Üzbəüz 29 sentyabr — 13:23

"Türkiyə müttəfiqi Azərbaycanı dəstəklədiyi kimi..."

Qarabağ separatçıları Rusiyanın Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı mövqeyindən narazıdırlar və Moskvadan daha güclü dəstək gözləyirlər.

Virtualaz.org bildirir ki, bunu "«Дождь»" telekanalının efirində "DQR"nin Xarici İşlər Nazirliyinin rəhbəri Masis Mayilyan səsləndirib.

Diplomat Rusiyadan dəstək verilməməsindən məyus olduğunu gizlətməyib.

"Rusiya Ermənistanın müttəfiqi olsa da, məsələn, Türkiyə müttəfiqi Azərbaycanla münasibətdə olduğu kimi daha güclü dəstək gözləmək olardı", - o deyib.

Masis Mayilyan Qarabağ separatçılarının KTMT-dən kömək gözləmədiklərini də qeyd edib.

“Bizim respublika Rusiya tərəfindən tanınmır. Bu mənada KTMT-dən kömək gözləmək lazım deyil, Rusiya bir vasitəçi olaraq, Cənubi Qafqazda böyük nüfuza sahib bir ölkə olaraq hərbi əməliyyatların dayandırılmasına töhfə verməyə çalışır", - deyə Mayilyan yekunlaşdırıb.

Virtualaz.org

Xəbərlər