3191
Üzbəüz 27 sentyabr — 18:47

Ordumuz Murov yüksəkliyini tutdu, Vardenis-Ağdərə yolunu nəzarətə götürdü

Azərbaycan Müdafiə Nazirliyi ordumuzun davam etməkdə olan uğurlu hücum əməliyyatı nəticəsində Murov silsiləsindəki Murov zirvəsinin azad olunduğunu bəyan edib.

Bəyanatı təqdim edirik:

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

Döyüş əməliyyatları davam edir.

 

Xəbərlər