1733
Üzbəüz 27 sentyabr — 14:54

Zakir Həsənov prezidentə 7 kəndin azad olunduğunu məruzə etdi

Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir.

Bu sözləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

Dövlətimizin başçısı deyib: “Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır.

Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.

***

Bu gün sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayılıb.

Prezident çıxışında bir daha Ermənistanın həyata keçirdiyi növbəti təcavüz barədə danışıb, Azərbaycan ordusunun əks-hücuma keçərək düşməni geri çəkilməyə məcbur etdiyini deyib. Prezident döyüşlər nəticəsində işğal altında olan bir neçə yaşayış məntəqəsinin azad edildiyini bildirərək ilk qələbə münasibətilə xalqı təbrik edib. Müdafiə naziri Zakir Həsənov da prezidentə cəbhədə yaranmış vəziyyətlə bağlı məruzə edərək ordumuzun bir neçə istiqamətdə düşmən müdafiəsini yardığını açıqlayıb. Nazir 7 kəndin azad edildiyini bildirib.

"Əməliyyat şəraitini nəzərə alaraq ilk növbədə sizə məruzə olunmuşdur və əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir və düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir",-nazir məruzə edib.

Xəbər yenilənəcək...

Xəbərlər